Paytaxtda yeni layihənin icrasına başlanılıb
Bakı şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda yeni layihə - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi Konsepsiyası həyata keçirilir. Layihə bu sahədə böyük təcrübəyə malik Böyük Britaniyanın tanınmış Mott MacDonald şirkəti ilə birgə görülür və ilkin olaraq Nərimanov rayonunda başlanılıb.
Şəhər icra hakimiyyətinin mətbuat xidmətindən YeniAvropa -ya verilən məlumata görə, iyulun 10-dan Konsepsiyanın əsas mərhələsinin həyata keçirilməsinə start veriləcək və bununla əlaqədar hazırlıq işləri görülür.
Xarici mütəxəssislərin hazırladıqları layihədə sakinlərlə maarifləndirmə-izahetmə işlərinə böyük mühüm əhəmiyyət kəsb edir. Ona görə də layihənin həyata keçiriləcəyi Nərimanov rayonunun bütün məhəllə və həyətlərində sakinlərlə maarifləndirici görüşlər keçirilir. Həmin görüşlərdə Bakı Şəhər və Nərimanov rayon icra hakimiyyətlərinin rəhbər işçiləri, bələdiyyə, təsərrüfat xidmətləri, gənclər və könüllülər fəal iştirak edirlər.
Paytaxt sakinləri ilə görüşlər zamanı qeyd olunub ki, Avropanın əksər dövlətlərində tullantıların çeşidlənməsi işləri aparılması təmizlik, ekoloji şəraitin yaxşılaşdırılması və iqtisadi səmərə əldə olunmasına kömək göstərir. Bəzi ölkələrdə, o cümlədən Rusiya, Türkiyə və Gürcüstanda buna nail olmaq mümkün olmasa da, ümid edirik ki, sürətlə inkişaf edən ölkəmizdə buna nail olacağıq və bu işdə sakinləri fəal olmağa çağırırıq.
Rayonun hər bir məhəlləsində məişət tullantıları üçün yaradılan meydançalara yeni, müasir tipli konteynerlər quraşdırılır.
Həmin konteynerlər iki rəngdə - yaşıl və narıncı rəngdədir. Narıncı konteynerə kağız, karton, şüşə, metal və plastik tullantılar, yaşıl konteynerə isə digər tullantılar atılmalıdır. Sakinlərin rahatlığı üçün ilkin mərhələdə hər mənzilə iki cür - yaşıl və narıncı çeşidləyici paketlər paylanılır. Bütün proses sakinlərə əyani şəkildə izah olunur. Görüşlərdə sakinlərə broşürlər paylanılır, həyətlərə, binalara və bloklara izahedici reklamlar yapışdırılmaqla yanaşı mənzillərə də bukletlər çatdırılır. Təbliğat və izahetmə işlərinin kütləvi-informasiya vasitələrində də aparılması nəzərdə tutulub.
Bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi Bakının təmiz saxlanılması, gözəlləşməsi, ətraf mühitin və sağlamlığın qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasına və iqtisadi səmərə əldə olunmasına xidmət edəcək. Layihənin paytaxtın digər rayonlarda da davam etdirilməsi qərara alınıb.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb