Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində - iyulun 6-7-də səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.
Departamentdən YeniAvropa-ya verilən xəbərə görə, Böyük və Kiçik Qafqaz bölgəsində fasilələrlə yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 28-33°, dağlıq rayonlarda 15-20° isti olacaq.
Lənkəran-Astara bölgəsində yağmursuz hava şəraiti gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 30-35°, dağlıq rayonlarda 23-28° isti olacağı proqnozlaşdırılır.
Aran rayonlarında arabir yağış yağacağı, iyulun 8-də isə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın maksimal temperaturunun 30-35° isti olacağı bildirilir.
Naxçıvan Muxtar Respublikasında əsasən gecə və axşam yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın maksimal temperaturunun 31-36° isti olacağı ehtimal edilir.
Paytaxtda yaxın iki gün ərzində küləkli və yağmursuz hava şəraiti müşahidə ediləcək. Havanın maksimal temperaturu 27-32° isti olacaq.