Ötən il ərzində Göygöl Milli Parkının xüsusi mühafizə olunan təbiət ərazisini 350 minə yaxın turist səyahət edib. Bu barədə YeniAvropa-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentindən məlumat verilib.
Xatırladaq ki, hazırda ölkədə ümumi sahəsi 892546,49 hektar olan xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən, 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.