logo

Azərbaycanın “İnterpol”la axtardığı şəxs Moldovadan tapıldı

16:50 04-07-2019 | icon 2793
Azərbaycanın “İnterpol”la axtardığı şəxs Moldovadan tapıldı

Azərbaycanın Beynəlxalq Polis Təşkilatı(İnterpol) xətti ilə beynəlxalq axtarışa verdiyi şəxs tutulub.

YeniAvropa xəbər verir  ki,  “İnterpol”un axtardığı  Azərbaycan vətəndaşı, 1995-ci il təvəllüdlü Ceyhun Həsən oğlu Məmmədli  Moldovada saxlanılıb.

Hazırda onun ölkəyə ekstradisiyası üçün işlər aparılır.

Qeyd edək ki, C.Məmmədli Cinayət Məcəlləsinin 177-ci maddəsi (oğurluq) ilə axtarışa verilib.