Komitə gömrük işçisinin rüşvət almasına münasibət bildirib
Gömrük sahəsində şəffaflığın təmin edilməsi, korrupsiyaya qarşı mübarizənin aparılması, bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının alınması istiqamətində Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən müvafiq tədbirlərin görülməsi davam etdirilir. Belə ki, iyunun 28-də “İrşad Trade 2018” MMC-nin ünvanına konteynerlə daxil olmuş velosiped yüklərinin gömrük yoxlanmasını növbəti günə keçirməmək və tezləşdirmək müqabilində Dövlət Gömrük Komitəsi Baş Gömrük Mühafizə Xidmətinin böyük mühafizəçisi, gömrük xidməti mayoru Şeyxov Duman Hüseyn oğlunun qeyri-qanuni olaraq şirkət nümayəndəsindən 400 manat pul alması barədə DGK-nın Əməliyyat-İstintaq Baş İdarəsinə məlumat daxil olub.
DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən YeniAvropa -ya bildirilib ki, dərhal komitənin Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində D.Şeyxov saxlanılıb və faktla bağlı qanunvericiliyə uyğun olaraq araşdırma aparılıb. Aparılan araşdırmaların və gömrük əməkdaşının dindirilməsinin nəticəsi olaraq o, Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində qeyd olunan yüklərin boşaldılması və gömrük yoxlamasının tezləşdirilməsi müqabilində qeyri-qanuni 400 manat aldığını etiraf edib. Bundan sonra D.Şeyxov şalvarının sol cibində olan 4 ədəd 100-lük manat nominalında pul əsginaslarını könüllü olaraq təqdim edib.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmri ilə D.Şeyxov “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 50-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilərək komitənin sərəncamına götürülüb.
Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb