logo

Bakıda sosial müdafiə və dayanıqlı inkişafa dair konfrans keçirilir

11:49 03-07-2019 | icon 2506
Bakıda sosial müdafiə və dayanıqlı inkişafa dair konfrans keçirilir

İyulun 3-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə “Sosial müdafiə və dayanaqlı inkişaf” mövzusunda konfrans işə başlayıb.

 YeniAvropa xəbər verir  ki, konfransda nazirliyin rəhbər şəxsləri ilə yanaşı, digər dövlət qurumların rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələri də iştirak edirlər.

Əmək və əhalinin mosial müdafiəsi nazirinin müavini Mətin Kərimli konfransı giriş sözü ilə açaraq ölkəmizdə həyata keçirilən sosial müdafiə tədbirlərinin uğurlu nəticələr verdiyini bildirib. Nazir müavini xüsusilə inklüziv inkişaf sahəsində əldə olunan müsbət nəticələri qeyd edərək Azərbaycanın bu sahədə inkişaf edən ölkələr arasında üçüncü yeri tutduğunu deyib. O, “DOST” mərkəzinin yaradıılmasını, avtomatlaşdırılmış pensiya sisteminin tətbiq edilməsini, “e-sosial” portalının və Məşğulluq altsisteminin istifadəyə verilməsini əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldiyini əks etdirən nümunələr kimi xarakterizə edib.

M. Kərimli dövlət başçısının rəhbərliyi ilə bu ilin mart və aprel aylarında həyata keçirilən sosial islahatların gedişi barədə məlumat verib. Nazir müavini həmin tədbirlərin ümumən ölkəmizin 4,2 milyon vətəndaşını əhatə etdiyini, 10 min nəfəri əhatə edən özünüməşğulluq proqramları, pensiyaların minimum məbləğinin təkcə bu il ərzində 93 faiz, 750 min nəfəri əhatə edən pensiyaların minimum məbləğinin 72 faiz artırılmasını, eləcə də müavinət və təqaüdlərin məbləğinin artılrımasını sosial-iqtisadi inkişafın şərtləndirən əsas amillərdən biri olduğunu söyləyib.

Açılış mərasimində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, məşğulluq üzrə mütəxəssis Veşna Bişeva, Beynəlxalq Əmək Təşkilatının (BƏT) Bakı ofisinin milli əlaqələndiricisi Yaşar Həmzəyev, BƏT-in Layiqli Əmək üzrə Texniki Dəstək Qrupu və Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə ofisin sosial müdafiə üzrə mütəxəssisi Jasmina Papa çıxış ediblər.

Sonra konfrans öz işini sessiyalarla davam etdirib.