logo

Azərbaycanda əhalini yenidən siyahıya alacaqlar

21:58 02-07-2019 | icon 2387
Azərbaycanda əhalini yenidən siyahıya alacaqlar

Ölkədə əhalinin növbəti siyahıya alınması ilə bağlı hazırlıq prosesi başa çatıb, bütün metodoloji baza hazırlanıb.

 YeniAvropa xəbər verir  ki, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib.

Onun sözlərinə görə, hazırda materialların, sorğu, siyahıya alınma vərəqələrinin yerlərə çatdırılması prosesinə başlanılıb.

"Eyni zamanda, avqustun sonu, sentyabrın əvvəlindən siyahıya alınma prosesinə cəlb olunacaq işçilərin təlimatlandırılması prosesinə start veriləcək. Hər bir rayon üçün təşkilatı planlar işlənilib. İcra hakimiyyəti rəhbərləri ilə razılaşdırılıb və Dövlət Statistika Komitəsində təsdiq olunub. Hər 300 nəfər əhali üçün 1 sayıcı nəzərdə tutulub. 14 min əhali üçün bir məntəqənin yaradılması və 5 sayıcıya bir təlimatçı nəzarətinin müəyyən olunması nəzərdə tutulub. Bu hesabla prosesə cəlb olunacaq işçilərin sayı müəyyənləşəcək", - deyə T.Budaqov qeyd edib.