"Bakı Metropoliteni"nin "Şah İsmayıl Xətai" stansiyasında təmir işləri yekunlaşmaq üzrədir.
YeniAvropa xəbər verir ki,bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, artıq stansiyada eskalatorlar quraşdırılıb: "Eskalatorların sazlanması prosesi başa çatıb. Hazırda eskalatorların tənzimlənməsi və sınaq işləri aparılır. Stansiyanın avqust ayı ərzində istifadəyə verilməsi gözlənilir".