İyulun 1-də saat 23 radələrində Bakı şəhər sakini R.Əzizov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Xətai rayonunun Nobel prospektində yolu keçən paytaxt sakini Azər İsayevi vuraraq hadisə yerini tərk edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənYeniAvropa-ya bildirilib ki, hadisə zamanı ağır bədən xəsarətlari alan piyada elə yerində keçinib.
Yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən R.Əzizov Xətai rayon Polis İdarəsinin 37-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.