İyulun 1-i saat 23:20 radələrində Türkiyənin İzmir bölgəsindəki "Petlim" limanının 5 nömrəli yanalma körpüsünə maye hidrokarbon doldurmaq üçün yaxınlaşan zaman İtaliya bayraqlı, “Synzania” adlı gəmidə məlum olmayan səbəblərdən yanğın baş verib. Əməkdaşlarımızın dərhal müdaxiləsi nəticəsində yanğın söndürülüb, gəmidə soyutma əməliyyatları davam etdirilməkdədir.
YeniAvropa xəbər verir ki, bu barədə “SOCAR Turkey Enerji A.Ş.” məlumat yayıb. Bildirilib ki, gəminin bütün əməkdaşları təxliyə edilib. "Hadisə nəticəsində bir nəfər həlak olub, qazdan zəhərlənən 1 nəfər isə müalicə və müayinə üçün xəstəxanaya yerləşdirilib. Yanğının başvermə səbəbi araşdırılır",-deyə məlumatda bildirilir.