İyulun 1-də Qaraçayın məcrasından çıxması nəticəsində Xaçmaz rayonunun Qarğalıq kəndində evləri və təsərrüfat sahələrini su basıb.
YeniAvropa xəbər verir ki, bu barədə Xaçmaz rayon İcra Hakimiyyətindən bildirilib. Qeyd edilib ki, kənddə 3 evin həyəti, yardımçı tikililər və yollar suyun altında qalıb.
Xaçmaz rayon İcra Hakimiyyətinin nümayəndələri, rayon Fövqəladə Hallar Komissiyasının üzvləri sel gələn kənddə olublar. Hazırda fəsadların aradan qaldırılması və dəymiş ziyanın araşdırılması istiqamətində tədbirlər görülür.