logo

Sabirabad sakinindən 12 kq-dək tiryək götürülüb

20:20 01-07-2019 | icon 2562
Sabirabad sakinindən 12 kq-dək tiryək götürülüb

Sabirabad rayon sakinindən 12 kiloqrama yaxın narkotik maddə götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının rayon ərazisində birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayon sakini Babək Əzizovdan 11 kiloqram 845 qram tiryək götürülüb.

Faktla bağlı araşdırma aparılır.