Kəlbəcər rayon İcra Hakimiyyəti qurumun aparatı üçün "Mercedes Benz S350" model minik avtomibilinin alınması üçün tender elan edib.
YeniAvropa xəbər verir ki,bununla bağlı icra hakimiyyəti rəsmi qəzetlərdə tender elanı yayıb.
Bundan sonra məcburi köçkün rayonu olan Kəlbəcərin icra hakimiyyəti başçısının belə bahalı avtomobil almaq niyyəti sosial şəbəkələrdə tənqid olunub. Qeyd edilib ki, məcburi köçkünlərin böyük əksəriyyətinin ehtiyac içində olduğu bir vaxtda icra başçısının belə maşın alması və bunu elan olaraq yayması bir araya sığmır.
Qeyd edək ki, sözügedən avtomobilin yeni modelinin satış qiyməti 130 min dollardan (221 min manat) başlayır. (Yeni Sabah)