logo

 Paytaxtda soyğunçuluq törədənlər yaxalanıblar

20:10 29-06-2019 | icon 2618
 Paytaxtda soyğunçuluq törədənlər yaxalanıblar

Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinə müraciət edən Bakı şəhər sakini H.Həsənli rayon ərazisindəki parkların birində ona yaxınlaşan şəxslərin mobil telefonunu aldıqlarını, geri istədikdə isə bıçaqla hədələyərək aradan çıxdıqlarını bildirib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən  YeniAvropa -ya bildiriblər ki, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.

 9-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Araşdırmalarla onların Bakı şəhər sakinləri M.Qasımov, H.Qurbanov, S.Məmmədov və N.Məmmədov olduqları müəyyən edilib.

Onların digər cinayət əməlləri də istisna edilmir. Bu şəxslərin əməllərindən zərər çəkən digər şəxslər də varsa bu barədə DİN-in 102 - Zəng Mərkəzinə, Səbail Rayon Polis İdarəsinə və 9-cu polis bölməsinə müraciət edə bilərlər.