Narkotik vasitələrin qanunsuz saxlanması ilə məşğul olan şəxslərin aşkarlanması istiqamətində daxili işlər orqanları tərəfindən uğurlu əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, Yevlax rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Havarlı kənd sakini Məhəmməd Abbasovdan 8 kiloqramdan artıq qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum edilmiş Etibar Nəzərov saxlanılaraq polis şöbəsinə gətirilib. E.Nəzərovun üzərindən 5 qram, evinə baxış keçirilən zaman 3 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı araşdırma aparılır.