logo

Mingəçevirdə “Azərbaycan” İES-də baş verən nasazlıq aradan qaldırılıb

17:11 29-06-2019 | icon 2926
Mingəçevirdə “Azərbaycan” İES-də baş verən nasazlıq aradan qaldırılıb

İyunun 29-da saat 11:35-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasına (İES) məxsus yarımstansiyanın cərəyan transformatorlarından birində nasazlıq baş verib.

YeniAvropa xəbər verir  ki, bu barədə  “Azərenerji” ASC-nin məlumatında deyilir.

"Lakin son zamanlar enerji sistemində aparılan qabaqlayıcı tədbirlər nəticəsində baş vermiş nasazlığın genişlənməsinin qarşısı dərhal alınıb. Xüsusilə yeni quraşdırılan əks-qəza avtomatikasının işə düşməsi nəticəsində respublikanın elektrik enerjisi təchizatında heç bir fasilə yaranmayıb və ölkə üzrə enerji təminatı 100 faiz səviyyəsində saxlanılıb. Yaranmış texniki problem ən qısa zamanda aradan qaldırılıb.",-deyə məlumatda bildirilib.