“Xaş–xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq, Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkarlanaraq məhv edilməsi istiqamətində əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, rayonun Malay kəndi ərazisində vətəndaşa məxsus əkin sahəsində ümumi çəkisi 306 kiloqram olan yabanı halda bitmiş 982 çətənə kolu aşkarlanıb. Çətənə kolları kökündən çıxarıldıqdan sonra yandırılaraq məhv edilib.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.