İyunun 29-da Xəzər dənizində maqnitudası 3.4 olan zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən YeniAvropa-ya bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 10:56-da qeydə alınıb.
Ocağı 54 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.