Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsi və Zaqatala rayon Polis Şöbəsi əməkdaşlarının rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin tapılaraq, məsuliyyətə cəlb edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçirilib.
DİN-in mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zaqatala rayonunun Aşağı Tala kənd sakini, əvvəllər məhkum olunmuş Hüseyn Ramazanov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradakı istixanadan 335 çətənə kolu və 117 ədəd çətənə bitkisi şitili aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.