Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün törədilmiş 29 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış səkkiz cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 4 nəfər, borclu şəxs qismində axtarılan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş iki ağır yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər ölüb, dörd nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.