İspaniya kurortunda 22 yaşlı azərbaycanlının 1.5 milyon dollarlıq saatı oğurlanıb
İspaniyanın elitar İbiza kurort adasında Azərbaycandan olan 22 yaşlı “ifrat varlı” turistin 1.5 milyon dollar dəyərində saatının oğurlanması italyan mafiyasının işi ola bilər.
YeniAvropa xəbər verir ki, bu haqda ispan mətbuatı məlumat yayıb.
İspaniya mənbələri həmin oğurluq hadisəsinin bəzi təfərrüatlarını yayıb. Belə məlum olur ki, hadisə iyunun 19-da baş verib. Azərbaycandan olan iki gənc turist İbiza adasının Paseo-de-Joan Karles rayonunda, sahildə gəzərkən saat 16.30 radələrində hücuma məruz qalıb. Təxminən 30 yaşlarında olan şəxs qəfildən ona hücum edərək bir neçə dəfə itələyib, azərbaycanlı zəngin gənc qolundan və əlindən xəsarət alıb. Hücum edən şəxs onun saatını götürərək qaçıb. Azərbaycanlı zənginin yanındakı dostunun niyə ona kömək edə bilmədiyi barədə danışılmır.
Saatı oğurlanan azərbaycanlı gənc Vila rayonundakı otellərdən birində qalırmış və o, hadisədən dərhal sonra ispan Milli polisinin yerli polis məntəqəsinə gedərək soyğunçuluğa məruz qaldığı barədə şikayət verib.
Həmin gəncin oğurlanan “Richard Mille 50-03 MCLaren F1” markalı saatından dünyada cəmi 75 ədəd istehsal olunub. O, dünyada ən yüngül saatdır, ağırlığı cəmi 40 qramdır. Bu cür aşağı çəkini almaq üçün saatın hazırlanmasında titandan və TRT adlı mineraldan, poladdan 200 dəfə möhkəm olan nanomaterialdan istifadə olunub.
Saat McLaren F1 avtomobilinin əsasında hazırlanıb və turbion mexanizmi ilə işləyir. Bu mexanizm korpusun daxilində dəqiqədə 1 dövrə olmaqla fırlanır və qravitasiyanın təsirini sıfra endirir, saatın “ifrat dəqiqliyi” də elə bundadır. Saatın xronoqrafı da var və bir dəfə dolduranda 70 saat işləyir.
İspan mətbuatı bildirir ki, son həftələrdə İbiza Milli polisinin xüsusi və zorakı cinayətlərlə mübarizə Şöbəsi dəbdəbəli saatların oğurlanması ilə məşğul olan qrupla əlaqəli bir neçə nəfəri həbs edib. Belə ki, iyunun 9-da onlar Neapoldan olan 50 yaşlı bir kişini tutublar. Həmin şəxs müstəntiqlərin bildirdiyinə görə, İbizada dincələn zəngin turistlərin dəbdəbəli saatlarını oğurlamaqla məşğul olan qrupun rəhbəridir.
Polis agentləri son həftələrdə adada beş belə soyğunçuluq hadisəsinin qeydə alındığını deyirlər. Lakin həmin beş saatın birlikdə dəyəri azərbaycanlı turistdən oğurlanan saatın dəyərindən dəfələrlə aşağıdır, cəmi 150 min avrodur.
Neapol sakininin həbsindən bir neçə gün sonra xüsusi agentlər ərəb mənşəli 3 nəfəri də həbs ediblər. Onların bilavasitə saat oğurluqlarını həyata keçirənlər olduğu ehtimal edilir. Bildirilir ki, elitar Avropa kurortlarında bahalı saatların oğurlanması biznesi neapol və kalabriya mafiyasının nəzarətindədir. Lakin son illər Fransadakı Məğrib qruplaşması-əsasən əlcəzairlilər və mərakeşlilər də bu cür soyğunçuluqla məşğuldurlar.
Bu əsnada, tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli saatı oğurlanan şəxsin kimliyi barədə yazıb. O özünün "Facebook" hesabında qeyd edib ki, saatı oğurlanan şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun 1997-ci il təvəllüdlü oğlu Sübhan Məmmədlidir. “Sübhan Məmmədli hələ 19 yaşında İngiltərənin milyonerləri sırasında idi. 2015-ci ildən indiyə kimi Londondakı King’s College-də təhsil alır. Avstriyada və Britaniyada atasının yollardan yığdıqlarının hesabına çoxmiyonlu şirkətlər açıb. Londonda Camellia House-də 5 milyonluq mənzil sahibidir”.
Lakin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun oğlu haqqında yayılan məlumatlara münasibət bildirib və xəbəri yalanlayıb.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb