logo

Əməliyyat yolu ilə silah-sursat götürülüb

16:12 01-02-2018 | icon 1904
Əməliyyat yolu ilə silah-sursat götürülüb

Ötən gün daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində uğurlu əməliyyat tədbirləri keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, yanvarın 31-də daxil olan əməliyyat məlumatları əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Arif Kiçiknicatdan nömrəsi silinmiş, istifadəyə yararsız “Naqan” markalı tapança götürülüb. Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan şəhər sakini Ədalət Məmmədovdan isə müvafiq sənədləri olmayan nömrəsi silinmiş “TOZ-16” markalı ov tüfəngi və 10 patron aşkarlanıb.

Saxlanılan şəxslər və götürülmüş maddi sübutlar istintaqa təhvil verilib.

Faktlarla bağlı cinayət işləri başlanılıb.