Bakı şəhərində çimərlik ərazilərinə və sahilyanı zonalara giriş pulsuzdur.
YeniAvropa xəbər verir ki, bu haqda Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) çimərliklərlə bağlı yaydığı açıqlamasında bildirilir.
Məlumatda deyilir: “İyunun 15-dən çimərlik mövsümünə rəsmən başlanması ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti paytaxt sakinlərinin və qonaqlarının diqqətinə çatdırır ki, çimərlik ərazilərinə və sahilyanı zonalara giriş pulsuzdur”.
Departamentdən bildiriblər ki, çimərliklərdə əhalinin və qonaqların sahilyanı zonada istirahətinə lazımi şəraitin yaradılması ilə bağlı aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər həyata keçirilir.