Azay Quliyev SƏLİS e-vətəndaş proqramının tətbiqindən danışıb
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev iyunun 24-də SƏLİS (Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sistemi) e-vətəndaş proqramının tətbiqinə dair brifinq keçirib.
YeniAvropa xəbər verir ki, Azay Quliyev elektron vətəndaş proqramının nəticələrinin sevindirici olduğunu söyləyib. O deyib: “Bizim məqsədimiz fəaliyyətimizin maksimum dərəcədə əlçatanlılığını və dövlət vəsaitinin xərclənməsi prosesində vətəndaşların iştirakını təmin etməkdir. Burada ictimai nəzarət elementi var. Layihələrin sayı 265 idi, onların 11-i texniki səbəblərdən qiymətləndirmə prosesinə buraxılmadı. Lakin 254 layihə ekspertlərin və vətəndaşların qiymətləndirilməsi üçün onların ixtiyarına verilmişdi. 10 min 930 vətəndaş bu prosesdə iştirak edib. Biz vətəndaşların məlumatlanması üçün həm universitetlərdə, həm də bölgələrimizdə proqramın təqdimatını keçirdik. Təxminən 73 şəhər və rayonu əhatə edən prosesdə 12 min 491 rəy daxil olub. Bu rəylərdən 11 min 271- i qeydiyyata alınıb. Vətəndaş istədiyi qədər layihəni qiymətləndirə bilərdi. Qiymətləndirmə prosesində 3 səs bir bal hesablanırdı. Hər bir səsin arxasında vətəndaşın rəyi olmalı idi. Bəzi vətəndaşlar verdikləri səsi əsaslandırmaq istəmirdilər. Buna görə də 1220 səs silinməli oldu. Səslərin silinmə səbəbləri qeydiyyatdan keçmək üçün lazım olan məlumatların düzgün qeyd olunmaması, əsaslandırılmayan rəylərin olması, eyni rəylərin müxtəlif vətəndaşlar tərəfindən təqdim olunmasıdır. Bundan başqa, QHT sədri özünün təqdim etdiyi layihəyə rəy verməsi, rəylərdə gizli olmasına baxmayaraq, QHT-nin adının qeyd olunması, rəylərin verilən səsə adekvat olmaması, layihələrin bəndlərinin köçürülərək rəy kimi təqdim olunması və rəylərin məzmuna uyğun olmaması səbəbindən bəzi səslər silinib. Deputatın adından istifadə edib rəy verənlər də oldu. Təbii ki, onlar da nəzərə alınmadı”.
Şura sədri keçid balı toplayan layihələrin sayı barədə də məlumat verib: "Ekspertlərdən yekun keçid balı (60 və daha çox) toplanmış layihələrin sayı 101, vətəndaşlardan keçid bal (20 və daha çox) toplayanların sayı 101, həm ekspertlərdən, həm də vətəndaşlardan keçid balı toplayan 30, vətəndaş rəyləri 0 olan layihələrin sayı isə 59-dur. 1- 20 bal arası toplayan layihələrin sayı isə 94-dür. Biz burada maksimum çalışdıq ki, həm ekspertlərin, həm də vətəndaşlardan bal toplamış layihələr arasında balanslaşdırmanı təmin edək".
Sədr maliyyələşən layihələrdə vətəndaş rəyinin nəzərə alınma faizinə toxunaraq söyləyib ki, vətəndaşların qiymətləndirmə balı nəzərə alınaraq maliyyələşdirilən layihələrin sayı 67, ekspertlərin balı nəzərə alınaraq maliyyələşdirilən layihələrin sayı 45 təşkil edib: "Layihələr Şuranın “Qrant müsabiqəsinin keçirilməsi Qaydaları”nın 7 saylı əlavəsinə layihələrin maliyyələşməsi üçün müəyyən tələb olunan meyarlara cavab vermədikdə, vətəndaş qiymətləndirilməsi prosesində səsvermə qaydalarının pozulması halı aşkar edildikdə, layihənin mövzusu müsabiqə istiqamətinə uyğun olmadıqda, layihəni təqdim edən QHT-nin qanunvericiliyə riayət etməməsi və ya həmin QHT-nin Şura qarşısında götürdüyü müqavilə öhdəliyinin yerinə yetirilməməsi haqqında Katibliyin arayışı olduqda onlar maliyyələşdirilməyib".
Azay Quliyev artıq bu gündən Apellyasiya Komissiyasının fəaliyyətə başladığını da vurğulayıb: "QHT-lər 5 iş günü ərzində apellyasiya şikayəti verə bilərlər. Bizim Apellyasiya Komissiyamız bu şikayətlərə baxış keçirərək yenidən qiymətləndirilmə aparılmasını təmin edəcəklər".
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb