Bakının Nizami rayonu ərazisində, metronun "Neftçilər" stansiyasının yaxınlığında yerləşə "X-Lady" və “İzabel” mağazalarının yerləşdiyi ticarət obyektində güclü yanğın baş verib.
YeniAvropa xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin 10-dan çox texnikası, eləcə də təcili tibbi yardım briqadaları hadisə yerinə cəlb olunub.
Hazırda alovun söndürülməsi işləri davam etdirilir.
Hadisə ilə əlaqədar operativ qərargah yaradılıb.
Ticarət obyektinin yerləşdiyi Məhəmməd Hadi küçəsi nəqliyyatın hərəkəti üçün bağlanıb.
Əlavə məlumat veriləcək.