logo

Minskdə II Avropa Oyunlarının açılış mərasimi keçirilir

23:05 21-06-2019 | icon 3052
Minskdə II Avropa Oyunlarının açılış mərasimi keçirilir

İyunun 21-də Belarusun paytaxtı Minskdə II Avropa Oyunlarının rəsmi açılış mərasimi başlayıb.

 YeniAvropa xəbər verir  ki, “Dinamo Arena”da keçirilən açılış mərasiminə bir sıra ölkələrin dövlət və hökumət başçıları iştirak edirlər. Azərbaycan nümayəndə heyətinə Milli Məclisin sədri Oqtay Əsədov başçılıq edir. 

Qeyd edək ki, iyunun 30-dək davam edəcək II Avropa Oyunlarında Avropanın 50 ölkəsindən 4 mindən çox idmançı mübarizə aparacaq. Atletlər idmanın 15 növü üzrə 200 dəst medal uğrunda mübarizə aparacaqlar. Azərbaycan “Minsk 2019”da 82 idmançı ilə təmsil olunur. Atletlərimiz idmanın 11 növü üzrə medallar uğrunda yarışacaqlar. İkinci Avropa Oyunlarına 3 min könüllü cəlb olunub.

Xatırladaq ki, tarixdə ilk Avropa Oyunları 2015-ci il iyunun 12-28-də Bakıda keçirilib. Azərbaycan bu mötəbər idman yarışının təşkili üçün qalan 30 aylıq qısa müddətdə hazırlıq prosesini yüksək səviyyədə başa vuraraq Avropa Oyunlarının standartlarını müəyyənləşdirib. “Bakı 2015”də uğurla çıxış edən Azərbaycan millisi komanda hesabında ikinci yerdə qərarlaşıb. İdmançılarımız Oyunlarda 56, o cümlədən 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazanıblar.

İlk Avropa Oyunlarında birinci yeri isə aktivində 164 medal (79-40-45) olan Rusiya millisi tutub. II Avropa Oyunlarına ev sahibliyi edən Belarus millisi isə “Bakı 2015”də 43 medalla (10-11-22) yeddinci olub.

Qeyd edək ki, II Avropa Oyunlarının rəsmi açılış mərasimi YouTube-dan canlı yayımlanır : https://www.youtube.com/watch?v=vIUuxtgtHdA