logo

Goranboyda 1 tondan artıq  çətənə kolları aşkarlanaraq yandırılıb

21:54 21-06-2019 | icon 2569
Goranboyda 1 tondan artıq  çətənə kolları aşkarlanaraq yandırılıb

Xocalı rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayonunun Mənəşli kəndində yerləşən otlaq sahəsindən ümumi çəkisi 1265 kiloqram olan 3793 ədəd yabanı halda bitən narkotik xassəli çətənə kolları aşkarlanıb.

YeniAvropa xəbər verir  ki, bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd edilib ki, həmin çətənə kolları polis əməkdaşları tərəfindən yığılaraq yandırılmaqla məhv edilib.

Faktla bağlı başlanan təhqiqat araşdırmaları davam etdirilir.

Məlumatda daha sonra qeyd edilir ki, yabanı halda bitən narkotik xassəli bitkilərə qarşı mübarizənin daha da genişləndirilməsi, həmin kolların ayrı-ayrı cinayətkar ünsürlərin əlinə keçməsinin qarşısını vaxtında alınması və yerinin müəyyən edilərək məhv edilməsində polis əməkdaşlarına paytaxt, eləcə də bölgələrdə yaşayan vətəndaşlar da yaxından köməklik göstərməlidirlər. Yabanı şəkildə bitən narkotik tərkibli kolların yeri haqqında məlumatı olan şəxslər bu barədə yaxınlıqdakı polis orqanlarına və ya DİN-in 102 - Zəng Mərkəzinə məlumat verə bilərlər.