Salyanda Kür çayında çimən yeniyetmə yaşında iki qardaş batıb.
YeniAvropa xəbər verir ki, hadisə Kür çayının rayonun Aşağı Noxudlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Kənd sakinləri - 2003-cü il təvəllüdlü Sadıqov Rəvan Seymur oğlu və 2006-cı il təvəllüdlü Sadıqov Ramal Seymur oğlu çayda çimərkən batıblar.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. Axtarış tədbirləri davam etdirilir.
Hazırda faktla bağlı araşdırma aparılır.