logo

Oqtay Əsədov II Avropa Oyunlarında boksçumuzun qarşılaşmasına baxıb

17:11 21-06-2019 | icon 2667
Oqtay Əsədov II Avropa Oyunlarında boksçumuzun qarşılaşmasına baxıb

İyunun 21-də II Avropa Oyunlarının birinci günündə kişi boksçuların yarışları start götürüb.

YeniAvropa xəbər verir  ki, boksçularımızdan ilk olaraq Tayfur Əliyev (56 kq) mübarizəyə başlayıb. O, onaltıdabir finalda bolqarıstanlı Boyan Asenova 3:2 hesabı ilə qalib gəlib.

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov, Gənclər və İdman naziri Azad Rəhimov və nümayəndə heyətimizin üzvləri boksçumuzun qarşılaşmasına baxıblar.

Səkkizdəbir finalda Tayfur Əliyevin rəqibi ukraynalı Mikola Butsenko olacaq. Həmin qarşılaşma iyunun 24-də keçiriləcək.

Xatırladaq ki, Oyunların birinci günündə rinqə çıxacaq digər iki boksçumuz Rahil Məmmədov (91 kq) və Məhəmməd Abdullayev (+91 kq) da Bolqarıstan idmançıları ilə qarşılaşacaqlar. R.Məmmədovun rəqibi Radoslav Panteleyev, M.Abdullayevin rəqibi isə Petar Belberov olacaqlar.