Bakıda orqanik məhsullar festivalı keçirilir
İyunun 21-dən Bakıda Dənizkənarı Milli Parkda orqanik məhsullar festivalı (“Organic Food Festival 2019”) keçirilir.
YeniAvropa xəbər verir ki, ilk dəfə keçirilən qida sərgisi iyunun 23-dək davam edəcək. Festivalda 50-dən çox şirkətin 150-dək məhsul və xidmətləri təqdim olunur. Məqsəd həm istehsalçılar, həm də istehlakçılar arasında orqanik qidanı təbliğ və təşviq etməkdir.
Tədbirin təşkilatları Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Dövlət Aqrar Ticarət Şirkətidir.
ASK-nın vitse-prezidenti Vüqar Zeynalov bildirib ki, ilk dəfədir ki, orqanik qida festivalı keçirilir. Konfederasiyanın əsas məqsədi Azərbaycanda mövcud olan orqanik qida məhsullarının istehsalını daha da təşviq edilməsi və genişləndirilməsidir.
O bildirib ki, bu gün dünyada mövcud olan bir tendensiya var, zaman-zaman istehsalçılar məhsuldarlığı artırmaq üçün qida məhsullarının istehsalı üçün müddəti qısaltmaq üçün bir çox kimyəvi qatqılardan, sintetik maddələrdən istifadə ediblər. Hazırda isə dünyada orqanik qida istehsalı 80 milyard dollara yaxındır. İlk yerləri ABŞ və Avropa İttifaqı tutur. Hazırda sertifikatlaşdırılmış orqanik torpaqların inkişafı üçün Uruqvay və Hindistanda bu tendensiya çox geniş vüsət alır.
“ASK-nın bu sahədə böyük fəaliyyəti var. Azərbaycanda orqanik gübrələrin istehsalının inkişafını genişləndirmək məqsədilə konfederasiyanın tərkibində Aqrar İnkişaf Komissiyasında müzakirələr aparmışıq. Hazırda onlar təkcə Abşeron yarımadası ərazisində istehsal olunur”, - deyə V.Zeynalov bildirib.
Daha sonra BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan ofisinin rəhbəri Mələk Çakmak çıxış edərək təmsil etdiyi qurumun ərzaq və qida təhlükəsizliyinə, sağlam qidaya əlçatanlığına önəm verdiyini diqqətə çatdırıb: "Pestisidlər düzgün istifadə edirlərsə dünyada qida əlçatan olacaq. Azərbaycanın ixrac yolu ilə dünyanın qida təhlükəsizliyi üçün görəcəyi işlər var. Əminəm ki, ölkədə orqanik kənd təsərrüfatı lazımi qədər inkişaf edəcək".
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin aparat rəhbəri Şamil Süleymanlı, Dövlət Aqrar Ticarət Şirkətinin direktor müavini Sərxan Sərxanov, “ABAD”ın direktoru Rüfət Elçiyev və digər çıxışçılar bildiriblər ki, Azərbaycanda orqanik qida festivalının keçirilməsi çox mühüm bir addımdır.
Sonda festivalda iştirak edən tərəfdaşlara mükafatlar təqdim olunub.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb