logo

Bakıda içərisində külli miqdarda pul və zinət əşyaları olan seyf oğurlandı

12:05 19-06-2019 | icon 2562
Bakıda içərisində külli miqdarda pul və zinət əşyaları olan seyf oğurlandı

Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinə müraciət edən Bakı şəhər sakini mənzilindən içərisində 15 min manat və 15 min ABŞ dolları, habelə 40 min manat dəyərində qızıl-zinət əşyaları olan seyfin və mobil telefonunun oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb.

Oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Dəyanət Şirəliyev keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.