Şabran rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları kultivasiya yolu ilə çətənə kolları yetişdirən rayon sakinini saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə bitkiləri Padar kənd sakini Fikrət Paşayevə məxsus evin həyətyanı sahəsində aşkarlanıb. Şahidlərin iştirakı ilə həmin sahəyə baxış zamanı 8 ədəd çətənə kolu müəyyən edilib.
Dindirilmə zamanı F.Paşayev çətənə kollarını şəxsi istifadəsi üçün əkdiyini bildirib.
Faktla bağlı Şabran RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.