Cari ilin yanvar-may aylarında Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib.
Dövlət Gömrük Komitəsindən YeniAvropa-ya bildirilib ki, 5 ayda ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliya olmaqla, Türkiyə və Çin qərarlaşıb. İtaliyaya ixracın dəyəri 2 milyard 556 milyon 721 min ABŞ dolları, Türkiyəyə 982 milyon 603 min dollar, Çinə isə 602 milyon 987 min dollar olub.
Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında ilk üçlükdə isə İtaliya, Türkiyə və Rusiya qərarlaşıb. İtaliya ilə ticarət dövriyyəsi 2 milyard 711 milyon 993 min dollar, Türkiyə ilə 1 milyard 549 milyon 887 min dollar, Rusiya ilə isə 1 milyard 95 milyon 306 min dollar təşkil edib.