Cari ilin yanvar-may ayları ərzində Gürcüstan 614,1 milyon kilovatsaat(kVt) elektrik enerjisi idxal edib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə “Gürcüstanın Elektrik Enerjisi Sisteminin Kommersiya Operatoru” (ESCO) məlumat yayıb.
Məlumatda deyilir ki, qonşu ölkənin idxal etdiyi elektrik enerjisinin 87,9 faizi Azərbaycanın payına düşüb.
Hesabat dövründə Gürcüstan Azərbaycandan 539,67 milyon kVt/saat elektrik enerjisi idxal edib.
Cari ilin ilk beş ayında Gürcüstan Rusiyadan 74,43 milyon kVt/saat həcmində elektrik enerjisi tədarük edib.