logo

OPEC enerji nazirlərinin növbəti görüşü iyulda keçiriləcək

15:29 16-06-2019 | icon 2975
OPEC enerji nazirlərinin növbəti görüşü iyulda keçiriləcək

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olan ölkələrin  enerji nazirlərinin növbəti görüşünün iyulun əvvəlində keçirilməsi gözlənilir.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə Səudiyyə Ərəbistanın energetika, sənaye və mineral ehtiyatlar naziri Xalid əl-Faleh məlumat verib.

Yaponiyada keçirilən "G20" energetika və ekologiya nazirlərinin görüşündə iştirak edən Xalid əl-Falehin sözlərinə görə, iyulun birinci həftəsində keçiriləcək görüşdə neft hasilatının həcminin ixtisarı üzrə sazişin uzadılması barədə konsensusa gələ biləcəklərinə ümid bəslədiyini söyləyib.