Bu ilin yanvar-may aylarında Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 93 milyon ABŞ dollarına çatıb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Belarus Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, hesabat dövründə Belarusdan ölkəmizə idxalın dəyəri 83,7 milyon dollar, Azərbaycandan bu ölkəyə ixracın həcmi isə 9,2 milyon dollar olub.
Ötən il Azərbaycanla Belarus arasında ticarət dövriyyəsinin həcmi 204 milyon dollar təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən təxminən 56 milyon dollar çoxdur.