logo

Sabah Bakıda 35° isti olacaq

13:32 16-06-2019 | icon 6412
Sabah Bakıda 35° isti olacaq

Azərbaycanda iyunun 17-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək, səhər bəzi yerlərdə zəif duman olacaq, şimal-qərb küləyi axşam arabir güclənəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 30-35° isti olacaq.

Bakıda gecə 21-23° isti, gündüz 32-34° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-40 % olacaq.

Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada şimal-qərb küləyi axşam arabir güclənəcək. Dəniz suyunun temperaturu 21-22° isti təşkil edəcək.

Cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda şimal-qərb küləyi axşam arabir güclənəcək. Dəniz suyunun temperaturu 23-24° isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 33-38° isti, dağlarda gecə 14-19° isti, gündüz 20-25° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək, lakin axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi 5-10 m/s, şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 33-38° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz olacaq, lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 14-19° isti, gündüz 20-25° isti təşkil edəcək.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 32-37° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi 5-10 m/s-dək arabir güclənəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 27-32° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti təşkil edəcək.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək, qərb küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 33-38° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava yağmursuz olacaq, şərq küləyi 3-8 m/s təşkil edəcək. Havanın temperaturu gecə 18-21° isti, gündüz 31-36° isti, dağlarda gecə 16-20° isti, gündüz 24-29° isti təşkil edəcək.