logo

Gürcüstanın qazla təminatının 97 %-i Azərbaycanın hesabına ödənilir

20:42 15-06-2019 | icon 2814
Gürcüstanın qazla təminatının 97 %-i Azərbaycanın hesabına ödənilir

Gürcüstanın Rusiyadan enerji asılılığı təhlükəsi yoxdur. Gürcüstanın daxili bazarının təbii qaza olan ehtiyacının 97 faizi Azərbaycanın hesabına təmin olunur.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu sözləri Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava söyləyib.

Onun sözlərinə görə, Gürcüstanda yalnız özəl sektorun bir hissəsi Rusiyadan qaz ala bilər.

“Bizim strateji istehlakçılarımız olan əhali və elektrik enerjisi istehsalçıları tam olaraq Azərbaycan qazı ilə təmin olunur” – deyə N.Turnava vurğulayıb.