İyunun 15-də Yaponiyanın Naqano prefekturasındakı Karuizava şəhərində "Böyük İyirmilik"(G20) ölkələrinin enerji və iqlim məsələləri üzrə nazirlərinin görüşü başlayıb.
YeniAvropa "Kyodo" agentliyinə istinadla xəbər verir ki, görüşü Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Hiroşiqe Suqa açıb. Nazir bildirib ki, "G20" ölkələrində vəziyyət bir-birindən kəskin şəkildə fərqləndiyinə görə enerji və iqlim məsələləri üzrə vahid mövqeyə gəlmək çox çətin olacaq.
Qeyd edək ki, "G20" ölkələrinin enerji və iqlim məsələləri üzrə nazirlərinin görüşü iki gün davam edəcək. Görüşdə əsas mövzuların plastik tullantıların azaldılması, enerji ehtiyatlarından səmərəli istifadə, həmçinin enerji təhlükəsizliyinin olacağı gözlənilir. Son məsələ bu günlərdə Oman boğazında tankerlərə hücum fonunda xüsusilə aktuallaşıb.