logo

Bakıda ana və qızının intiharı ilə bağlı cinayət işi başlanılıb

17:31 14-06-2019 | icon 2583
Bakıda ana və qızının intiharı ilə bağlı cinayət işi başlanılıb

Bu gün Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyatzadə küçəsində 10-cu mərtəbədə yerləşən mənzildə yaşayan 1964-cü il təvəllüdlü Rübabə Allahverdiyeva və onun qızı, 1990-cı il təvəllüdlü Xədicə Mahmudova özlərini yaşadıqları mənzilin pəncərəsindən ataraq intihar ediblər.

Bakı şəhər Prokurorluğundan YeniAvropa-ya bildiriblər ki, faktı üzrə Yasamal rayon Prokurorluğunda Azərbaycan Respublikası CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə məhkəmə-tibb ekspertizaları təyin edilib və hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Onu da qeyd edək ki, bəzi saytlar intihar edən şəxslərin “Respublika” qəzeti baş redaktorunun müavini İsmayıl Allahverdiyevin həyat yoldaşı və qızı olduğunu yazıblar. Amma “Respublika” qəzetindən bildirilib ki, redaksiyada İsmayıl Allaverdiyev adlı şəxs işləmir.