logo

Bu gün 81 min şagird üçün  “Son zəng” çalınacaq

10:52 14-06-2019 | icon 4284
Bu gün 81 min şagird üçün  “Son zəng” çalınacaq

Bu gün Azərbaycanın ümumtəhsil məktəblərində “Son zəng” çalınacaq.

 YeniAvropa xəbər verir  ki, cari tədris ilində ölkənin ümumtəhsil məktəblərinin IX siniflərini 113 815, XI siniflərini 80 514, qiyabi (axşam) ümumtəhsil məktəblərinin XII siniflərini isə 674 şagird bitirəcək.

Yeni tədris ilində ümumtəhsil məktəblərinin I siniflərinə 164 234 uşağın qəbulu proqnozlaşdırılır. Onlardan 77 542-si qız, 86 692 nəfəri isə oğlandır.

Qeyd edək ki, təhsil naziri Ceyhun Bayramovun imzaladığı əmrə əsasən, "Son zəng" tədbirləri hər bir təhsil müəssisəsinin ərazisində təşkil olunacaq.

Tədbirlərdə valideyn komitələri, valideyn-müəllim assosiasiyaları, ictimaiyyət nümayəndələri və məktəb məzunları da iştirak edə bilərlər.