Əlverişsiz hava şəraiti ilə əlaqədar “Utair” aviaşirkətinin Bakı-Moskva reysi təxirə salınıb. YeniAvropa Heydər Əliyev Beynəlxalq Aeroportuna istinadla xəbər verir ki, UT-746 saylı reys ilə saat 15:00-da Bakıdan Moskva istiqamətində uçmalı olan təyyarə Moskvada yağan güclü qar səbəbindən uçuş etməyəcək. “Utair” aviaşirkətinə məxsus “Boeing B737-440” təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportundan Moskvanın “Vnukovo” aeroportuna uçmalı idi.
Qeyd edək ki, Moskvada yağan güclü qar səbəbində ümumilikdə 20-yə yaxın aviareys təxirə salınıb.