Yaxın 2 ildə Fransanın “Alstom” şirkəti Azərbaycana 40 lokomotiv tədarük edəcək.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan-Avropa İttifaqı biznes forumu çərçivəsində keçirilən panel iclasda nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.
O qeyd edib ki, bu, Azərbaycan dəmir yolunun potensialını gücləndirəcək.