Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında nəqliyyat və İKT sahələrinin bir çox istiqamətləri üzrə əməkdaşlıq üçün böyük potensial var.
YeniAvropa xəbər verir ki, bu barədə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Bakıda keçirilən Azərbaycan-Avropa İttifaqı biznes forumu çərçivəsində təşkil olunan panel müzakirədə deyib.
Nazir qısa zaman öncə ölkəmizdə təqdimatı keçirilən “EU4Digital layihəsi”ni xüsusi vurğulayıb.
“Düşünürəm ki, bu layihə “Şərq tərəfdaşlığı” ölkələrinin sosial və iqtisadi inkişafı üçün çox böyük potensiala malikdir. Bizim üçün əsas istiqamətlərdən biri də ölkədə startap ekosisteminin inkişaf etdirilməsidir. Buna görə də davamlı olaraq proqramlar və layihələr həyata keçirilir. İnanıram ki, bugünkü görüş ortaq məqsədlərimizə nail olmağa xidmət edəcək”, - deyə R.Quluzadə bildirib.