Doğum günün mübarək olsun, ŞƏHİD!
XX əsrin faciəsi Xocalı soyqırımı bütün dünyanın sülhsevər insanlarının yaddaşındadır. Bütün dünya azərbaycanlıları isə əsrlər boyu bu faciəni heç vaxt unutmayacaq, nəsildən-nəsilə ötürüləcək. Ermənilərin qəddarlığı, minlərlə mülki, əli yalın əhalimizi vəhşiliklə öldürmələri heç bir zaman unudulmayacaq, tarixin yaddaşında qalacaq. Qəsbkar ermənilərə qarşı vuruşan qəhrəman oğullarımızın da şücaəti tarixin yaddaşına həkk olunacaq. Hər birinin qəhrəmanlığı tarixin bir səhifəsidir.YeniAvropa xatırladır ki, o kitabın içində 1992-ci il fevralın 26-da 29 yaşında Xocalıda qəhrəmanlıqla şəhid olan Şahmurov Mübariz Ağahüseyn oğlu da var.
Azərbaycanımızın hər bir qəhrəman oğlu ermənilərin qorxusuna, təşvişinə səbəb olmuşdu. Qorxaq, işğalçı, başqasından güc alan erməni igid oğullarımızla üz-üzə gəlməkdən çəkinirdi. Ermənilər Mübariz Şahmurovun adından qorxurdular, elə bu qorxu şəhidimizin başına pul mükafatının qoyulmasına səbəb olmuşdu...
Xocalı düşmən tapdağı altına alınanda çoxu kimi Bakıdan 21 igidimiz, Nərimanov rayonundan isə təkcə Mübariz Xocalının erməni işğalçılarının mühasirəsindən azad etmək üçün ora yollandı. Canını fəad etdi, doğma yurdu uğrunda, ölümün gözünə dik baxdı.
Həmin hadisələrin canlı şahidləri o illəri, Mübariz kimi igidlərimizin şücaətini xatırlayırlar. Bu xatirələr gənc nəslimizdə vətənpərvərlik ruhunun, qəhrəmanlıq hissinin aşılanmasında olduqca vacib amildir. Gənclərimiz Mübariz kimi yüzlərlə şəhidimizin mübarizliyini, vətən uğrunda necə şəhid olmaq bacarığı haqqında bilgi əldə etməlidirlər. Xocalı kəşfiyyat dəstəsinin komandiri olan Nazim Hüseynov Mübariz Şahmurovun qəhrəmanlığı haqqında geniş bilgiyə malikdir. O, Mübarizin mübarizliyini, ərliyini bu gün gənclərimizə örnək göstərib.
...1992-ci il fevralın 18-də Aqil Quliyev qadınları Xocalıdan çıxarmaq üçün 16 nəfər döyüşçüsünü götürüb, mühasirəni yarmaq üçün erməni postuna yaxınlaşır. Mübariz də o dəstədə olub. İgidlərimiz postda erməni quldurlarına göz açmağa imkan verməyib 21 nəfərini öldürürlər. Otağa girəndə döyüşçü yoldaşı İlqar Musayevə güllə dəyir. Aqil Quliyev onu təhlükəsiz yerə aparmaq istəyir, lakin avtomatdan açılan atəş onun qıçlarına dəydi. İlqar həyatla vidalaşır, özünü yetirən Cabbar isə düşməni qətlə yetirir. Bu döyüşdə Cabbar və Hafiz də yaralandılar. Yaralı döyüşçülər əməliyyatı başa çatdırmadan geri döndülər. Yaralı döyüşçülər çox əzab-əziyyətlə onu öz postlarına çatdıra bildilər. Aqil Quliyevin təcili cərrahiyyə əməliyyatına ehtiyac vardı. Lakin həmin zaman, nə həkim çağırmaq, nə də Aqil Quliyevi hospitala çatdırmaq mümkün deyildi. 1992-ci il fevralın 25-də, döyüş yoldaşları Quliyevi xərəyə qoyub Xocalı soyqırımından xilas etmək üçün çalışırdılar. Bütün Xocalı sakinləri şəhərin uzunmüddətli müdafiəsində onun və dəstə üzvlərinin misilsiz xidmətlərini yaxşı bilirdilər. Növbə ilə onu Kətik kəndinin yanına qədər gətirib çıxardılar. Lakin dağın döyüşündə erməni əsgərlərinin pusqusuna düşdülər. Aqil Quliyevi aparanlardan hamısı həlak oldu, bir güllə də Aqilə dəydi. Aqil Quliyevin meyitini beş gün sonra martın 2-də hadisə yerindən götürmək mümkün oldu.
Aqil Quliyevin dəstəsinin üzvləri - Mübariz, İlham, Fikrət, Mikayıl və başqaları bir addım belə geri çəkilmədilər, günlərlə son damla qanlarınadək ağır texnika ilə təchiz edilən düşmənlə vuruşdular. Ölümləri ilə ən yüksək - şəhidlik zirvəsinə yüksəldilər.
Mübariz ailəsinə son məktubunu 1992-ci ilin yanvarında yazıb. Gəlməyə vaxtının olmadığını bildirib. Amma döyüş yoldaşlarının bildirdiyinə görə, əslində Müariz gələ bilərdi, sadəcə Xocalıdakı mülki əhalinin təhlükəsizliyinin təmini işini yerinə yetirərərk, onları vertolyotla Xocalıdan çıxarmaq prosesində iştirak edib...
Şəhidlərimizin hər biri hər an yad edilir. Mübariz Şahmurovun adı Sabirabad rayonu, Nərimankənd orta məktəbinə verilərək əbədiləşdirilib. Mübariz kimi qeyrətli oğullarımızın adı hər hansı bir məktəbdə yox, Azərbaycanın hər yerində, hər bir azərbaycanlının qəlbində əbədiləşib.
Bu gün Mübariz Şahmurovun doğum günüdür. Şəhidin oğlu Elşad şəhid atasının doğum gününü qeyd edib. Tədbirdə ölkənin tanınmış ziyalıları, şəhidin döyüş yoldaşı Nazim və digər hərbçilər iştirak ediblər. Tədbir iştirakçıları Mübarizlə bağlı xatirələrdən danışıblar. Vətən uğrunda şəhid olanlar heç vaxt unudulmur. Bəli, torpaqlarımızın qorunması, ərazilərimizin bütöv olması yolunda canlarından keçmiş Mübariz kimi şəhidlərimizin keçdiyi döyüş yolu gənc nəsillərə örnəkdir. Bu döyüş yolunu gənclərə çatdırmaq, onlarda vətənpərvərlik hissini formalaşdırmaq, şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək isə hər bir Azərbaycan vətəndaşının ən müqəddəs borcu olmalıdır.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb