“Buta Airways” aviaşirkətinin Bakı-Mineralnı Vodı-Bakı istiqamətində həyata keçirilən aviareyslərinin sayı artırılıb.
Aviaşirkətdən YeniAvropa-ya bildirilib ki, əlavə reyslər sentyabrın 10-19-da həftədə üç dəfə (1, 2, 4-cü günlər), sentyabrın 21-dən oktyabrın 1-dək həftədə 4 dəfə (1, 2, 4, 6-cı günlər), oktyabrın 3-26-da həftədə 5 dəfə (1, 2, 4, 5, 6-cı günlər) qrafikə uyğun həyata keçiriləcək.