Daxili işlər orqanları narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa -ya bildiriblər ki, Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş E.Miranovdan 6 kiloqram 120 qram tiryək götürülüb.
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə şəhər sakinləri, əvvəllər məhkum olunmuş İ.Manafovdan 500 qramadək, İ.Məlikovdan isə 420 qram marixuana aşkarlanıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.