logo

Azərbaycanda Həcc ziyarətinin qiyməti 4225 ABŞ dollarıınadək artıb

20:23 11-06-2019 | icon 2422
Azərbaycanda Həcc ziyarətinin qiyməti 4225 ABŞ dollarıınadək artıb

Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1090 nəfər müraciət edib.

 YeniAvropa xəbər verir  ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirilib. Qeyd edilib ki, hazırda vakant yerlər var və sənəd qəbulu davam edir.

Həcc ziyarətinə getmək üçün sənədlərini təqdim edənlərdən 60-a yaxını təkrar ziyarətə getmək istəyənlərdir.

Qeyd edək ki, bu il üçün Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 (ötən il 1440) nəfərlik kvota ayrılıb.

Xatırladaq ki, Səudiyyə Ərəbistandakı iqtisadi durumla əlaqədar olaraq bu il otellərdə qiymətlər fərqlidir. Belə ki, oiymətlərdə 75 dollaradək artım var. Yəni, bu il Həcc ziyarətinin qiyməti 4225 ABŞ dolları (ötən il 4150 dollar) təşkil edir.

QMİ-dən bildirilib ki, avqustun 1-dən 6-a qədər gediş, avqustun 21-dən 25-ə qədər isə Azərbaycana dönüş olacaq. Zəvvarlar üçün "AZAL" milli aviaşirkətinin 6 təyyarəsi ayrılıb. Gediş üçün gün ərzində planla nəzərdə tutulan 2-3 dəfə, dönüş üçün isə 2 reys olacaq.