“Bakı Metropoliteni”nin “Xətai” stansiyası bu ilin avqust ayında açılacaq.
YeniAvropa xəbər verir ki, bu barədə jurnalistlərə “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.
O bildirib ki, hazırda stansiyada eskalatorların sazlanma prosesi gedir: “Biz çalışırıq ki, “Xətai” stansiyasını sərnişinlərin istifadəsinə mümkün qədər tez verək. Tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir. Eskalatorlar artıq quraşdırılıb. Avqust ayında stansiya yeni görkəmi ilə istifadəyə veriləcək”.
H.Məmmədov daha sonra qeyd edib ki, “B3” stansiyasının tikintisinin 2020-ci ildə başa çatdırılması nəzərdə tutulur. Onun sözlərinə görə, hazırda həmin ərazidə təmir-tikinti işləri davam etdirilir.