logo

I rübdə TRACECA ilə yükdaşımalarda Azərbaycanın gəlirləri 4,3 faiz artıb

15:10 11-06-2019 | icon 2891
I rübdə TRACECA ilə yükdaşımalarda Azərbaycanın gəlirləri 4,3 faiz artıb

Cari ilin birinci rübündə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi(TRACECA) üzrə yükdaşımalar sahəsində Azərbaycanın gəlirləri 4,3 faiz artıb.

YeniAvropa xəbər verir  ki, bu barədə Bakıda keçirilən “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” mövzusunda konfransdakı çıxışında TRACECA Hökumətlərarası Komissiyasının milli katibi Akif Mustafayev deyib.

“Bugünədək TRACECA tərəfindən 76 layihə həyata keçirilib. Bu ilin birinci rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə TRACECA koridoru üzrə yükdaşımalara dair Azərbaycanın gəlirləri 4,3 faiz artaraq 156,4 milyon təşkil edib”, - deyə A.Mustafayev bildirib.